İndi İnkişaf Zamanıdır!

                                          

Özünü inkişaf etdirmək istəyirsən? Onda inkişaf zamanıdır!

“İNKIŞAF ZAMANI” Theodor-Heuss-Kolleg, MitOst və “Konstitutsiya” Araşdırmaları Fondunun təşkilatçılığı və Almaniya Federal Hökumətinin dəstəyi ilə Azərbaycanda yaşayan gənclər üçün “İncəsənət Sosial İnkişafa dəstəkdə vasitə kimi” mövzusunda seminarlar təklif edir.

Burada əsas ideya incəsənət vasitəsi ilə icmamızı inkişaf etdirmək, müsbət sosial dəyişiklik yaratmaq və ya hər hansı problemi vurğulamaqdır. Proqram çərçivəsində icmalarında fəal olan və ya fəal olmaq istəyən gənclər öz layihələrini reallaşdırmaq üçün lazımı biliyi, bacarıqları və dəstəyi əldə edəcəklər.

Əgər sən

□ 18-25 yaşları arasındasan□ İcmanda aktivsən və ya aktiv olmaq istəyirsən

□ Könüllülüyə və gənclərin fəaliyyətinə maraq göstərirsənsə

□ Yaradıcı və ya innovativ yanaşmaya maraq göstərirsənsə

O zaman bu proqrama müraciət et və

□ Öz könüllü layihəni həyata keçirtmək

□ Layihənin idarə olunması sahəsində bilik və təcrübə qazanmaq

□ Vətəndaş aktivliyi haqqında bilik qazanmaq

□ İncəsənətin boyük sosial qüvvəyə malik olmağının şahidi olmaq

□ Sosial çevrəni genişləndirmək□ Həmfikirlilər şəbəkəsini yaratmaqşansından yararlan.

2016 ilin cədvəli

1. Yay Məktəbi: 02-08  Avqust, 2016

2. Layihənin İdarə olunması seminarı: 26-31 Avqust, 2016

3. Layihənin reallaşdırılması dövrü: Sentyabr-Oktyabr, 2016

4. İnkişaf Forumu: 01-06 Noyabr, 2016  

Proqram çərçivəsindəki təlimlər Gürcustanda və Azərbaycanda keçiriləcək.

Təlimlər yerli və xarici təlimçilər tərəfindən aparılacaq. Təlimin dili Azərbaycan dilidir.Layihənin reallaşdırılması dövründə iştirakçılar mentor dəstəyi alacaqlar.Bütün komponentlərdə (3 seminar və könüllü layihə) iştirak etmək tələb olunandır. Ərizələrin son qəbulu tarixi – 30 İyun, 2016-ci il

Proqrama müraciət etmək üçün bu linkə keçərək Azərbaycan dilində online müraciət formasını doldurmalısınız. Seçim nəticələri 10 İyul tarixində açıqlanacaq.

Proqram haqqında əlavə məlumatı bu saytdan www.timefordevelopment.net  əldə edə bilərsiniz.

Xərclər

Qalmaq və yemək xərcləri təşkilatçılar tərəfindən ödəniləcək. Yol xerci resmi sened teqdim olundugu halda qarsilanacaq.

Əlaqə

Koordinasiya qrupu: Nailia İsmayılova və Nurana Məmmədova                                                                       E-mail: info@timefordevelopment.net 

                                                           

                                                        Müraciətinizi səbirsizliklə gözləyirik!