Xəbərlər

İnkişaf Zamanı proqramı üçün ərizə qəbuluna start verildi.

Bakı, May 2016 - bu il üçün İnkişaf zamanı proqramında ərizələrin qəbuluna 23 mayda start verildi. Ərizə qəbulu iyunun 30-na  kimi davam edəcək. Daha ətraflı informasiya və ərizə forması üçün bura tıklayın.

Bizim yeni loqomuz var!

Başla proqramı çərçivəsində ilk layihə Qazaxda baş tutdu.

Qazax, avqust 2013 - Gürcüstanla sərhəddə yerləşən Qazax rayonunda 8-9 –cu sinif şagirdləri üçün yay düşərgəsi təşkil edilmişdir. Üç gün ərzində Qazaxın müxtəlif kəndlərindən gələn uşaqlara  liderlik, debat oratorluğu, könüllülük və aktiv həyat tərzi haqqında təlimlər keçirmişdir. Layihənin kordinatoru Çiçək Cəfərli düşərgə ərzində uşaqlara toxuculuq dərsləri də keçmişdir.

Bərdədə velotur

Bərdə, avqust 2013 - Bərdədəki velotur nəinki yeniyetmələri hətta  validyenləri də bir araya gətirən möhtəşəm bir tədbir oldu. Başlanğıcda layihə komandsı iştirakçılara aktiv həyat tərzi, ətraf mühit çirklənməsi və velosiped sürməyin faydası haqqında təlim vermişdilər. Daha sonra layihə komandası iştirakçılara velosiped sürmək dərsləri keçmişdir. Qızları da bu prosesə qatmaq o qədər də asan deyil idi, amma komanda bu işi də uğurla bacardı. Şəkildə layihə üzvü Ülkər Kərimlinin  yeniyetmə qızı velosiped sürməyini öyrətməsini görə bilərsiniz.

İcma və Demokratiyanın Tədrisi Proqramının Təsirin Təhlili

Berlin, sentyabr 2013 - Heidelberg Universitetiin Sosial İnvestisiya Mərkəzinin İcma və Demokratiyanın Tədrisi Proqramı tərəfindən Joint Civic Education proqramının qiymətləndirilməsi keçiritlmişdir.Bölgədə gördüyümüz işləri və onların yerli əhaliyə təsiri haqqında təəsürratı genişləndirmək üçün Azərbaycan, Ermənistan, Gürcüstan, Türkiyə və Rusiyadakı  İcma və Demokratiyanın Tədrisi Proqramının Təsiri Analizinin dərcini burada tapa bilərsiniz.

Joint Civic Education proqramı 2013-cü il üçün hazırlıqlar görür

Berlin, Dekabr 2012 – Joint Civic Education Azərbaycan, Gürcüstan, Ermənistan, Rusiya (Şimali Qafqaz) və Türkiyədə (Şərq Anadolu) gənclərin vətəndaş cəmiyyətində iştirakını artırmaq  və onlara bu sahədə heç bir məktəb və universitetdə verilməyən bilikəri tədris  etmək üçün  inkişaf proqramlarını yaratmışdır. Bizim proqramlarda iştirak edən ictimai liderlər başqa ölkələrdə yaşayan həmkarları ilə görüşmək  və fəaliyyətlərini genişləndirmək üçün imkan qazanacaqlar.

İşitirak etmək haqqında daha ətrafli informasiya üçün bura tıklayın.