Təlimçilər

Joint Civic Education-un ölkə proqramlarının, İnkişaf Zamanı da onların arasında olmaqla, məqsədi rayonlarda yaşayan, bəynəlxalq qeyri-formal təhsil proqramlarında iştirak etməyən, xarici dil biliklərinə hər zaman malik olmayan gənclərə səlahiyyət vermək, onların mütəşəkkil inkişafına yol açmaqdır. Məhz bu səbəbdən ölkə proqramı çərçivəsində keçiriləcək təlimər hər bir ölkənin öz dilində - Azərbaycan, Gürcü, Eməni, Rus və Türk dillərində olacaq.

Yenə də proqramın beynəlxalq xarakter daşıması hədəf qrupu üçün mühüm motivasiya faktorudur. Joint Civic Education-nun təlimçiləri dünyanın bir çox ölkələrindən gəlirlər, bura həm Mərkəzi, Şərqi, Cənub-şərqi Avropa və Orta Asiya ölkələri həm də Rusiya aiddir. Bu təlimçilər yerli dili həmişə bilmirlər və ingilis dilində ünsiyyət edirlər.

Amma dil, ünsiyyət metodunun yalnız bir növüdür və Joint Civic Education-un beynəlxalq   təlimçiləri kreativ, dinamik metodlardan istifadə edərək təlimlərdə aktiv şəkildə iştirak edirlər. Bu təlimçilər özlərilə zəngin dünyəvi təcrübə gətirilər və iştirakçıları ingilis dilində danışmağa vadar edirlər.

Ölkə proqramlarında iştirak edən həm yerli, həm də beynəlxalq təlimçilər Theodor Heuss Kolleqiyasının Ukrayna, Polşa, Belarus,Rusiya, Balkan yarımadası və Baltikayani ölkələrdə keçirilən təlimlərində yaxından iştirak edirlər.

Ətraflı informasiya üçün, zəhmət olmasa Layihə Başçısı Ronald Menzel-Nazarovla əlaqə saxlayın – menzel[at]joint-civic-education.net